Haqqımızda

BHOS Football Club və BANM İxtisaslararası Çempionat haqqında.

BHOS Football Club Bakı Ali Neft Məktəbinin futbolu sevən tələbələrini bir araya gətirən tələbə klubudur.

BANM İxtisaslararası Çempionat

Çempionatda universitetin ixtisasları bir-biri ilə qarşılaşır: 32 komanda, hər biri öz ixtisasını və kursunu təmsil edir. Turnir pley-off formatında keçirilir: 1/16 finaldan finala qədər hər oyun həlledicidir, uduzan komanda turnirdən çıxır.

Məqsədimiz

İxtisaslar arasında sağlam rəqabət yaratmaq, müxtəlif kurslardan olan tələbələri bir araya gətirmək və hər kəsə meydançada özünü göstərmək imkanı vermək.

Bütün oyunlar BANM futzal zalında keçirilir. Gəlin, öz ixtisasınızı dəstəkləyin!